Mar
2021
16:12
242
11
1004
Virtual karabakh

Gürcüstan və Türkiyə XİN rəhbərləri Azərbaycanla üçtərəfli iş birliyini müzakirə ediblər

3 Mar, 2021
16:12
1004

Gürcüstan və Türkiyə XİN rəhbərləri Azərbaycanla üçtərəfli iş birliyini müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Gürcüstan, Türkiyə, Azərbaycanla üçtərəfli iş birliyi barədə danışdıq”.

Bunu Gürcüstan Xarici İşlər naziri (XİN) David Zalkaliani Türkiyədə həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

Gürcüstan XİN rəhbəri bunun bölgə üçün çox önəmli olduğunu vurğulayıb.

“Regionda yeni əməkdaşlıq platformaları ilə bağlı təşəbbüslər irəli sürülür. Hesab edirik ki, bu formatlar ölkələrin ərazi bütövlüyünə və suverenlik prinsiplərinə hörmətə əsaslanmalıdır”, - deyə Zalkaliani bildirib.

O, Türkiyə ilə iqtisadi, ticarət məsələləri, sərbəst ticarət razılaşması barədə müzakirələrin aparıldığını da qeyd edib:

“Bu anlaşma ilə aramızdakı ticarət əlaqələri daha da genişlənəcək”.

Gürcüstanlı nazir bölgədəki problemlərin öhdəsindən Türkiyə ilə birgə gəlinəcəyinə ümid etdiyini deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri