Mar
2021
17:16
609
33
1508
Virtual karabakh

Prezident: “Xaricdən yardım olmasa, Ermənistan birdəfəlik batacaq”

5 Mar, 2021
17:16
1508

Prezident: “Xaricdən yardım olmasa, Ermənistan birdəfəlik batacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan indi xaricdən yardım olmasa, birdəfəlik batacaq, birdəfəlik! Heç ümid yeri də yoxdur. İnkişaf üçün heç bir əsas yoxdur. 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

“Daxili sabitlik üçün heç bir əsas yoxdur. Bunlar heç dövlət çevrilişi də edə bilmirlər. Gah bunu ediblər, gah etməyiblər, heç özləri də bilmirlər. İndi ordu hakimiyyətə tabe olmur. Prezident deyir ki, mən siyasətlə məşğul olmuram, məni bu işlərə qatmayın, qoyun sakit oturum. Belə də biabırçılıq olar? Baş nazir, mən onun haqqında daha bir şey demək istəmirəm. 

Ona görə başqa yerlərə də baxın, mən postsovet məkanını deyirəm, başqa yerlərə. Ona görə daxili sabitlik olmalı idi. Nəyin hesabına? Siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Zor gücü hesabına yox. Buna da biz nail olduq. Eyni zamanda, bu sahədə sosial təminat, sosial ədalət məsələləri önəmli rol oynamışdır”, - deyə dövlət başçısı bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri