Mar
2021
17:33
422
68
1774
Virtual karabakh

İlham Əliyev: “Biznes kölgədən çıxır”

5 Mar, 2021
17:33
1774

İlham Əliyev: “Biznes kölgədən çıxır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. Bu ilin iki ayının nəticələri bir daha onu göstərir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

“Bu ilin iki ayında bizim gəlirlərimiz proqnozdan əlavə haradasa 200, ya 300 milyon manat artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır. Nəyin hesabına? Vergitutma bazası genişlənir, biznes kölgədən çıxır. Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. 

Beləliklə, hətta böhranlı pandemiya dövründə biz indi maliyyə baxımdan çox özümüzü rahat hiss edirik, büdcənin icrası ilə heç bir problem görmürük. Əksinə biz böyük bərpa işlərini başlamışıq Qarabağda. Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər”, - deyə dövlət başçısı bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri