Mar
2021
11:54
358
8
1161
Virtual karabakh

Liviyalı diplomat: “Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur”

6 Mar, 2021
11:54
1161

Liviyalı diplomat: “Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur. Merdinli kəndində müsəlmanların ibadət yerini - məscidi tövlə kimi istifadə ediblər. Bu əsl vandalizm aktıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Füzuli rayonunun işğaldan azad olunan Merdinli kəndinə səfər edən Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm deyib.

“Mən məscidə daxil olanda onun divarlarında təhqiramiz şəkillər gördüm. Bu addım bütün müsəlmanların dini hisslərini təhqir edir. Nəhayət ki, haqq öz yerini tapdı, Azərbaycan torpaqları işğaldan azad olundu. Mən bütün müsəlmanları buradakı dini abidələrin bərpasına yardıma dəvət edirəm”, - deyə diplomat qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri