Apr
2021
15:36
454
16
2414
Virtual karabakh

Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edilməsi Ukrayna mətbuatında geniş işıqlandırılıb - FOTO

5 Apr, 2021
15:36
2414

Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edilməsi Ukrayna mətbuatında geniş işıqlandırılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi dövründə böyük dağıdıcı gücə malik “İskəndər” raketindən Azərbaycana qarşı istifadə olunması Ukrayna mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın “Ukrinform”, “İnterfaks-Ukrayna” informasiya agentlikləri, “Gordon” nəşri, “BBC News”un Ukrayna bürosu, dialog.ua, podrobnosti.ua, eurointegration.com.ua, asmedia.kiev.ua, charter97.org, vybir.media, stopcor.org saytları dərc etdikləri məqalələrində, nüfuzlu “1+1” və “İnter” telekanalları isə yaydıqları reportajlarda qeyd edirlər ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanın “İskəndər” raketlərindən istifadəsini sübut edən qalıqları nümayiş etdirib. Raket qalıqlarının ANAMA tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında aparılan təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır.

Xəbərlərdə “İskəndər” raketlərinin qalıqlarının fotoları da yer alıb. Həmçinin qeyd olunub ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb.

Yazılarda Ermənistanın Baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirləri sitat gətirilib, bu faktın həqiqət olduğu qeyd edilib.

Bundan başqa, materiallarda Ukraynanın nüfuzlu blogerlərinin, hərbi ekspertlərinin sosial şəbəkələrdə Şuşa şəhəri ətrafında “İskəndər” raketlərinin qalıqlarının tapıldığı barədə fikirləri də yer alıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri