Apr
2021
15:06
340
10
1617
Virtual karabakh

Zəngilanda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

7 Apr, 2021
15:06
1617

Zəngilanda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Zəngilan rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

Oxu.Az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə şəhərin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirib.

Daha sonra isə erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutub.

Aksiya çərçivəsində ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilib. Həmçinin palıd, şərq çinarı və tut ağacının toxumları əraziyə səpilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

İlhamə Əbülfət

FOTO: Ramil Yunus

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri