Apr
2021
17:57
91
73
1017
Virtual karabakh

Sahibə Qafarova Misir səfiri ilə görüşdü

7 Apr, 2021
17:57
1017

Sahibə Qafarova Misir səfiri ilə görüşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 7-də Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.

Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Spiker ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirib.

Tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.

Görüşdə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük qələbə haqqında da məlumat verilib.

Bildirilib ki, Azərbaycan bu qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və ədaləti bərpa edib.

Bununla da ölkəmiz üçün yeni mərhələnin başlandığını diqqətə çatdıran Sahibə Qafarova vurğulayıb ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə yenidən qurulması, şəhər və rayonlarımızın bərpa olunmasıdır.

Görüşdə qeyd olunub ki, ermənilər 30 il ərzində işğal etdikləri Azərbaycan torpaqlarında böyük dağıntılar, vandalizm aktları törədib, şəhərləri, evləri, kəndləri, tarixi, mədəni və dini abidələri, bütün infrastrukturu tamamilə dağıdıb, talan edib.

S.Qafarova bildirib ki, Ermənistan həmin əraziləri minalayıb və bu gün bütün çağırışlara baxmayaraq, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda davam edir, minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir.

Bunun nəticəsi olaraq, müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Sahibə Qafarova həmin xəritələrin Azərbaycan tərəfinə verilməməsinin hərbi cinayət olduğunu vurğulayıb.

Səfir Adel İbrahim Ahmed İbrahim ölkəmizdə fəaliyyət göstərməsindən məmnunluğunu ifadə edib.

O, Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazandığını və inkişaf etdiyini vurğulayaraq hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdiyini bildirib.

Səfir iki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri