Apr
2021
11:54
153
10
2941
Virtual karabakh

“Ermənistanda hər şey Rusiyanın forpostunda olduğu kimi baş verir” - MÜSAHİBƏ

8 Apr, 2021
11:54
2941

“Ermənistanda hər şey Rusiyanın forpostunda olduğu kimi baş verir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı televiziya aparıcısı Vladimir Poznerə müsahibəsində Ermənistandakı erkən parlament seçkilərində qalib gəlmək əzmində olduğunu elan edən Robert Koçaryan göründüyü kimi Rusiyanın dəstəyinə etibar etməyə çalışır. Və çox güman ki, Poznerlə tələsik təşkil edilmiş bir söhbətə əlavə olaraq, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə arasında təxminən bir saatlıq söhbət olduğunu nəzərə alaraq bunu hiss edir.

Eyni zamanda, 7 apreldə Moskvaya səfər edən Ermənistanın hazırkı baş naziri heç bir razılığa gələ bilmədi. Nikol Paşinyan özü Vladimir Putinlə görüşü məhsuldar adlandırsa da, sənədlərin imzalanmadığını etiraf etdi.

Tanınmış erməni hüquqşünas Georgi Vanyan Caliber.Az-a verdiyi müsahibəsində bildirib ki, Rusiyanın Ermənistana təzyiq aləti hesab etdiyi Robert Koçaryanın fəallığının artması diqqətini çəkib.

- Ermənistanın ikinci prezidenti Robert Koçaryan erkən parlament seçkilərində qalib gəlmək əzmində olduğunu bildirdi...

- Onun müsahibəsini izlədim, amma qətiyyət və inam hiss etmədim. Qorxan bir adam gördüm. Ermənistanın daxilində Robert Koçaryanın heç bir dəstəyi yoxdur. Onları yemləməsinə görə ona yaxın olan insanlar istisnadır. Ancaq onlar azlıq təşkil edir.

- Kənardan Robert Koçaryanın Moskvanın köməyinə güvəndiyi, Rusiyadan namizəd olduğu təəssüratı yaranır. Bəs Rusiya Federasiyasına belə bir namizəd niyə lazımdır?

- Ermənistanda hər şey Rusiyanın forpostunda olduğu kimi baş verir. Təəccüblü deyil. Ermənistan zəif bir ölkədir, ancaq sahibinin onun daha da zəif olmasına ehtiyacı var.

Rusiya, mənim fikrimcə, Robert Koçaryanı çox da təbliğ etmir. Yerində verilmiş sualdır – Moskva niyə ona ehtiyac duysun? Rusiya ondan artıq sona qədər istifadə edib. Ancaq yalnız bir funksiya qalıb - Ermənistanı həyəcan içində saxlamaq, yəni, Koçaryan təzyiqi artırmaq üçün bir vasitədir.

- İki ay əvvəl sizinlə söhbətimizdən sonra Ermənistanda əhval dəyişib? Nikol Paşinyan və onun siyasi qüvvəsi hələ də əhalinin əhəmiyyətli bir hissəsi tərəfindən dəstəklənirmi?

- Bütün problem ondadır ki, Ermənistanda siyasi sahənin mövcud olmadığı üçün Nikol Paşinyana alternativ yoxdur. Kimi seçsinlər? Buna görə də, Nikol Paşinyan liderdir.

Ermənistanda sizinlə söhbətimizdən sonra siyasi baxımdan heç bir şey dəyişməyib. Ancaq hakim siyasi qüvvə təmsilçilərinin ritorikası dəyişib. Onlar Azərbaycan və Türkiyə ilə münasibətlər barədə başa düşülən dildə danışmağa çalışırlar. Bu məni sevindirir.

Bu yaxınlarda “Mənim addımım” fraksiyasından olan parlament sədrinin müavini Lena Nazaryan dedi ki, parlament seçkilərinə gedən bütün siyasi qüvvələr Bakı və Ankara ilə münasibətlər barədə açıq şəkildə fikirlərini bildirməlidirlər. Nəhayət, həqiqi bir siyasət təsvir edildi və bu, bir daha vurğulayım ki, məni çox məmnun edir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri