10 
Apr
2021
14:43
483
21
3044
Virtual karabakh

Baş katibdən “Azərbaycanın yanındayıq” mesajı

10 Apr, 2021
14:43
3044

Baş katibdən “Azərbaycanın yanındayıq” mesajı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev qurumun bundan sonra da Azərbaycanın yanında olacağını bildirib.

Oxu.Az xəbər verir ki, Türk Şurasının Baş katibi Bağdad Amreyev qurumun informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda keçirilən üçüncü toplantısında belə bəyanatla çıxış edib.

O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi çox sevindiricidir.

“Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, - deyə o bildirib.

B. Amreyev əlavə edib ki, türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

Toplantı çərçivəsində türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı müzakirə olunacaq.

Həmçinin türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Aprelin 11-də nümayəndə heyətləri Azərbaycanın Gəncə şəhərinə və işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri