10 
Apr
2021
14:58
278
31
1701
Virtual karabakh

Hikmət Hacıyevdən Türk Şurasının media platforması ilə bağlı TƏKLİF

10 Apr, 2021
14:58
1701

Hikmət Hacıyevdən Türk Şurasının media platforması ilə bağlı TƏKLİF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türk Şurası çərçivəsində də media platformanın yaradılmasına ehtiyac var”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında bildirib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində türk mediası da Azərbaycan mediası ilə çiyin-çiyinə fəaliyyət göstərirdi:

“Bu vəsilə ilə media forumları da təşkil edilə bilər”, - deyə o əlavə edib.

O bildirib ki, Azərbaycanın informasiya və kommunikasiya sahəsində Türk Şurası ilə əməkdaşlığı prioritet təşkil edir.

Prezidentin köməkçisi Türk Şurasına üzv olan ölkələrə qarşı bəzi dairələr tərəfindən kampaniyalar aparıldığını da diqqətə çatdırıb.

H.Hacıyev çağırış edib ki, Türk Şurası birlikdə səyləri birləşdirməli, öz sözünü deməli və əsl həqiqətləri olduğu kimi dünyaya çatdırmalıdır.

O, gənc jurnalistlər üçün qarşılıqlı səfərlərin təşkil edilməsi üzərində düşünüldüyünü də vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri