12 
Apr
2021
17:42
168
13
854
Virtual karabakh

Ceyhun Bayramov xarici qonağa Ermənistanın təxribatları barədə məlumat verdi

12 Apr, 2021
17:42
854

Ceyhun Bayramov xarici qonağa Ermənistanın təxribatları barədə məlumat verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər naziri Ceyhun Bayramov İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının sədri Vito Petroçellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə XİN məlumat yayıb.

Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu xüsusda nazir, Azərbaycan Respublikasının dövlət başçısının ötən ilin fevral ayında İtaliyaya dövlət səfəri, səfər çərçivəsində əldə edilmiş razılaşmaları, o cümlədən çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamənin imzalanmasını vurğulayıb.

Nazir İtaliya parlamentarilərinə Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında beynəlxalq hüquq prinsiplərinə ciddi hörmət əsasında münasibətlərin normallaşdırılması imkanları barədə məlumat verib.

Nazir üçtərəfli bəyanatların icrasına təhlükə törədən və narahatlıq doğuran məsələləri də qarşı tərəfin diqqətinə çatdırıb.

Bu xüsusda, Ermənistanın birgə bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə terrorçu-diversant qüvvələri göndərməsini vurğulayıb.

Azərbaycanın hərbçilərini, mülki şəxsini qətlə yetirən bu qrupun üzvlərinin zərərsizləşdirildiyi və hazırda onlarla bağlı cinayət işinin aparıldığı, Ermənistanın tərəfinin əsassız şəkildə bu şəxsləri “hərbi əsirlər” kimi qələmə verərək, onlarla bağlı iddialar irəli sürdüyünü qeyd edib.

Nazir, həmçinin azad olunmuş ərazilərin Ermənistan tərəfindən ağır şəkildə minalandığını və Ermənistanın minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycana təqdim etməkdən imtina etdiyini Komissiya sədrinin diqqətinə çatdırıb.

Vito Petroçelli əhəmiyyətli məlumata görə təşəkkür edib.

İtaliya Senatının münaqişə ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. Münaqişənin başa çatmasının bütün bölgə üçün böyük uğur olduğunu söyləyən sədr, bölgədə inteqrasiya üçün imkanların yarandığını da səsləndirib.

O, həmçinin ikitərəfli münasibətlərin hərtərəfli inkişafını perspektivlərini qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri