13 
Apr
2021
16:30
72
163
1255
Virtual karabakh

Metyu Brayza: “Minsk qrupunun münaqişədən sonrakı dövrdə missiyası olmalıdır”

13 Apr, 2021
16:30
1255

Metyu Brayza: “Minsk qrupunun münaqişədən sonrakı dövrdə missiyası olmalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk qrupunun münaqişədən sonrakı dövrdə missiyası olmalıdır.

“Report” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza jurnalistlərə bildirib.

“Prezident İlham Əliyevin artıq təklif etdiyi kimi, Minsk qrupu münaqişədən sonrakı dövrdə nələr edə biləcəyi barədə fikirlər təqdim etməlidir. Azərbaycanın nəzər nöqtəsindən münaqişə artıq həll edilib. Əslində görülməli hələ çox iş var. Bura həm Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həm də 10 noyabr bəyanatının qalan məsələlərinin icrası daxildir. Və ya Prezident Əliyevin təklif etdiyi kimi, Azərbaycanla Ermənistan arasında yalnız Qarabağ baxımından deyil, ümumiyyətlə, yekun sülh razılığına nail olmaq üçün müəyyən danışıqlar aparıla bilər”, - o deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri