13 
Apr
2021
17:48
370
65
3593
Virtual karabakh

İlham Əliyev: “Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq” – VİDEO

13 Apr, 2021
17:48
3593

İlham Əliyev: “Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq” – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qonşu ölkələrlə münasibətlər uğurla inkişaf edir. Çox detallara varmaq istəmirəm. Amma əsas etibarı ilə qonşu dövlətlərin davranış və fəaliyyətindən məmnunuq”.

Bunu Prezident İlham Əliyev  ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı zamanı deyib.

O bildirib ki, biz müharibənin əvvəlindən sonunadək güclü siyasi və mənəvi dəstək verən qardaş ölkə Türkiyəyə çox minnətdarıq.

“Digər üç qonşuya gəldikdə isə, əsas hədəf onların neytral olması idi və bu baş verdi”,-deyə İlham Əliyev əlavə edib.

Prezident qeyd edib ki, Naxçıvana aparan dəhliz İranı Ermənistandan ayırmayacaq və heç kimin maraqlarına ziyan vurmayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri