13 
Apr
2021
20:38
1622
317
12780
Virtual karabakh

İlham Əliyev ilə Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

13 Apr, 2021
20:38
12780

İlham Əliyev ilə Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

18:33

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə gəlib.

“BelTa”nın verdiyi xəbərə görə, Belarus dövlət başçısının təyyarəsi artıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı hava limanında prezident Lukaşenkonu Azərbaycan və Belarus rəsmilərindən ibarət nümayəndə heyəti qarşılayıb.

Qarşılanma mərasimindən sonra dövlət başçısı onun üçün ayrılmış avtomobilə əyləşərək, Prezident İlham Əliyevlə görüşə yollanıb.

Qeyd edək ki, Belarus prezidentinin səfəri iki gün çəkəcək. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri