13 
Apr
2021
19:26
284
47
1738
Virtual karabakh

Elçin Əmirbəyov: “Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi” - VİDEO

13 Apr, 2021
19:26
1738

Elçin Əmirbəyov: “Prezident Ermənistanın apardığı dezinformasiya kampaniyasına tutarlı cavab verdi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransın ən böyük əhəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirdə iştirakı oldu.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.

E.Əmirbəyov bildirib ki, Prezident 3 saat ərzində çıxış etdi, çıxışdan sonra qonaqlar tərəfindən verilən sualları cavablandırdı: “Cənab Prezident bir çox məsələlərə aydınlıq gətirdi, tutarlı arqumentlər gətirərək sualları cavablandırdı. Cənab Prezident Ermənistan tərəfindən bizə qarşı aparılan dezinformasiya kampaniyasına tutarlı cavab verdi”.

Hərbi Qənimətlər Parkı haqqında danışan E.Əmirbəyov bu parkın salınmasından qürur hissi keçirdiyini bildirib: “Bir Azərbaycan oğlu kimi bu parka gələndə qürur hissi keçirirəm. Bu onun təzahürüdür ki, ermənilərin 10 illiklər ərzində öz orduları haqqında yaydıqları mifdən başqa bir şey olmayıb. Xarici qonaqların da əsas fikri ondan ibarət oldu ki, Azərbaycan bu müharibəni özünün şücaəti, verdiyi qan sayəsində qazanıb və tarixi ədalət bərpa edilib. İştirakçıların bir qismi də onu qeyd etdi ki, bu parkın salınması gələcək nəsillər üçün böyük hadisəsir. Eyni zamanda, münaqişə ilə üzləşmiş ölkələrin iştirakçıları gördülər ki, bu örnək onların ölkələrində də istifadə oluna bilər”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri