16 
Apr
2021
16:18
89
38
1719
Virtual karabakh

Azərbaycanlı deputat beynəlxalq elmi-praktiki dəyirmi masada iştirak edib - FOTO

16 Apr, 2021
16:18
1719

Azərbaycanlı deputat beynəlxalq elmi-praktiki dəyirmi masada iştirak edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

16 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası və Ukrayna Maliyyə Nazirliyi yanında Dövlət Fiskal Xidmət Universiteti ilə “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti ilə mütəxəssislərin hazırlanmasında səmərəli sistemin qurulması” mövzusunda beynəlxalq elmi-praktiki dəyirmi masa onlayn formatda keçirilib. 

Azərbaycan Respublikası tərəfindən konfransda Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məzahir Əfəndiyev iştirak edib. 

Millət vəkili 2018-ci ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi islahatlar kontekstində Azərbaycanda həyata keçirilən çoxvektorlu iqtisadi siyasət çərçivəsində qanunveruicilik bazasının təkmilləşməsi, icra edilən dövlət fiskal siyasəti və iqtisadi təhlükəsizliyin dayanıqlılığının təmin olunmasından danışıb. 

Eyni zamanda M.Əfəndiyev qarşıya qoyulan sosial-iqtisadi hədəflərə nail olunmasında universal sənəd hesab edilən 2030 Gündəliyinin rolunu vurğulayaraq, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının dövlətimizin prioritetlərindən olduğunu xüsusilə qeyd etdi: “DİM-lərin tətbiqi iqtisadi təhlükəsizliyin uzun və davamlı inkişafını təmin edəcəkdir”.

Sonda deputat Milli Məclisin gələcəkdə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bildirərək iştirakçılara bir daha təşəkkürünü bildirdi. 

Dəyirmi masada həmçinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin (Gürcüstan, Belarusiya, Moldova, Ukrayna və Ermənistan), eləcə də Azərbaycanın dövlət fiskal siyasətini həyata keçirən Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iştirak ediblər. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri