19 
Apr
2021
14:54
214
18
3233
Virtual karabakh

Diplomatik qalmaqal: Separatçılarla görüşən Aİ-nın nümayəndəsi Bakının etimadını itirdi

Belə görünür ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar hansı mandata sahib olduğu haqqında məlumatsızdır.

Caliber.Az-ın məlumatına görə, Azərbaycandakı diplomatik mənbələr Klaarın bu ilin 14 aprel tarixində Ermənistana səfəri çərçivəsində özünü “Qarabağın xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayanla baş tutan görüşünü belə şərh ediblər.

Onlar həmçinin sayta bildiriblər ki, Klaar, bir gün əvvəl Turan xəbər agentliyi tərəfindən yayımlanan iddiasının əksinə olaraq, bu görüş ərəfəsində Azərbaycan tərəfinə (nə Xarici İşlər Nazirliyi, nə də başqa bir yerə) müraciət etməyib, bu barədə məlumat verməyib və müvafiq icazə almayıb.

Bu arada Klaarın səlahiyyətinin Qarabağ problemi ilə əlaqəli olmadığını və bu məsələni əhatə etmədiyini də qeyd etmək vacibdir.

Aİ özü dəfələrlə bu məsələ ilə məşğul olmadığını vurğulayıb, çünki bu ATƏT-in Minsk Qrupunun yurisdiksiyasına aiddir. Buna görə, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin separatçı Babayanla niyə görüşdüyü aydın deyil.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyəti Azərbaycan tərəfinin ona olan etimadını heçə endirib, hansı ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi səviyyəsində də rəsmi olaraq elan edilib.

Bəli, Babayanla görüş İrəvanda baş tutub və Klaarın görüşün heç bir halda Azərbaycana hörmətsizlik təzahürü olmadığını söyləməsinə, eləcə də onun Azərbaycanın suverenliyinə dəstək barədə dediyi sözlərə baxmayaraq, bütün bunlar separatçıların nümayəndələri ilə görüşlərə sakit münasibət bildirmək üçün kifayət deyil.

Həmsöhbətlərimizin fikrincə, buna görə Azərbaycanın Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ofisi ilə əməkdaşlığı şübhə altındadır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri