19 
Apr
2021
14:28
370
25
1857
Virtual karabakh

Prezident azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə sərəncam imzaladı

19 Apr, 2021
14:28
1857

Prezident azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə sərəncam imzaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Dəyişikliyə əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini dövlət başçısının 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri