20 
Apr
2021
22:32
65
410
2848
yuxarı
Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib
20 Apr, 2021
22:32
2848
65
410
Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.
Hacıqabul sənaye məhəlləsində “GAZel-NEXT” və “GAZon NEXT” kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Bizimlə əlaqə saxlayın
Digər Siyasət xəbərləri
19 
Apr
2024
15:28
Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi
20
15
210
19 
Apr
2024
13:40
Türk Dil Qurumunun sədri: “Türk dünyasının Ortaq Termin Birliyi yaradılacaq”
77
10
317