20 
Apr
2021
23:15
30
202
3974
Virtual karabakh

AŞPA-da Ermənistan üzrə həmməruzəçi: “Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?”

20 Apr, 2021
23:15
3974

AŞPA-da Ermənistan üzrə həmməruzəçi: “Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanlılar minalanmış və yenidən tikilməyə ehtiyacı olan bir əraziyə necə qayıdacaqlar?”

“Report” xəbər verir ki, bu sualla deputatlara Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində keçirilən iclaslar zamanı qurumun Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Finlandiyadan seçilmiş deputat Kimmo Kilyunen müraciət edib.

Kimmo Kilyunen Qarabağ münaqişəsi bitdikdən sonrakı mərhələdə azərbaycanlı köçkünlərin geri qayıtmalarını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasının ən vacib məsələlərdən olduğunu bildirib:

“Bütün hərbi əməliyyatlar siyasətin məğlubiyyəti deməkdir. İndi ki münaqişə bitib ,barışıq və inamın yaranması mərhələsi başlayıb. Bu mərhələdə iki problemi diqqətinizə çatdırmaq istəyirəm. İlk növbədə azərbaycanlıların Dağlıq Qarabağa geri dönmələri ilə bağlıdır. Bu insanlar geri torpaqlarına qayıtmağı gözləyirlər. Lakin bu ərazi hansı vəziyyətdədir? Ora minalanmış və yenidən tikilməyə ehtiyacı olan ərazidir. Hər iki ölkə, Azərbaycan və Ermənistan bə ərazilərin beynəlxalq ekspertlərin iştirakı ilə minalardan təmizlənməsi məsələsində razılığa gəlməlidirlər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri