22 
Apr
2021
14:12
394
5
2278
Virtual karabakh

Hulusi Akar ABŞ mediasına Qarabağdakı son vəziyyətdən DANIŞDI

22 Apr, 2021
14:12
2278

Hulusi Akar ABŞ mediasına Qarabağdakı son vəziyyətdən DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanla Ermənistan arasında sülh məsələsinin əhəmiyyətindən bəhs edib.

O, bu barədə ABŞ-ın Realcleardefense.com saytına müsahibəsində bildirib.

“Ermənistan və Azərbaycan arasında keçən il elan edilmiş atəşkəs yeni səhifə üçün əhəmiyyətli fürsət yaradır. Yalnız Ermənistan üçün deyil, bütövlükdə bölgə üçün də təhlükəsizlik, sabitlik, sülh və firavanlıq fürsətini əldən vermək olmaz”, - deyə türkiyəli nazir bildirib.

Akar qeyd edib ki, bəlkə də Ermənistan liderləri Türkiyənin Ermənistana göndərdiyi mesajları dinləyib sülhə köklənsələr, bütün bölgə üçün siyasi və iqtisadi faydaları ən yüksək səviyyədə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri