May
2021
12:34
231
10
1064
Virtual karabakh

Türkiyə səfiri: “Azərbaycanla münasibətlərimizi daha da möhkəmləndirməyə çalışacağıq”

3 May, 2021
12:34
1064

Türkiyə səfiri: “Azərbaycanla münasibətlərimizi daha da möhkəmləndirməyə çalışacağıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji bir dəyər və ölçüyə yüksəlib”.

Bu barədə Türkiyənin Azərbaycana təyin olunan səfiri Cahid Bağçının səfirliyin “Facebook” səhifəsində yerləşən müraciətində deyilir:

“Son zamanlar münasibətlərimizin bütün sahələrində böyük irəliləyiş əldə edilib. O dövrdə “Əsrin müqaviləsi” olaraq təyin olunan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərindən sonra enerji sahəsində tədarük təhlükəsizliyi və müxtəlifliyi baxımından regional və qlobal əhəmiyyət  kəsb edən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) və Trans Adriatik boru kəməri (TAP) fəaliyyətə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolu həm də Türkiyə və Azərbaycanın rəhbərliyi altında bölgədə nəqliyyat şəbəkələrinin inkişafı baxımından əhəmiyyətli potensiala malik bir xətdir”.

Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə vermək üçün bütün imkanlarını və güclərini birləşdiriblər:

“İkitərəfli əməkdaşlığımızın bu qədər inkişaf etdiyi və bir çox yeni fürsətlərin yarandığı belə bir tarixi dövrdə Türkiyənin Bakıdakı səfiri kimi xidmət etmək mənim üçün böyük şərəfdir. Bu işin əhəmiyyətini və məsuliyyətini dərk edərək bütün həmkarlarım, əlaqədar qurum nümayəndələri və mülki strukturlarla birlikdə çox ciddi səylə, səmimiyyətlə və fədakarlıqla münasibətlərimizi daha da möhkəmləndirməyə çalışacağıq.

Səfirliyimizin bu səyləri Naxçıvan və Gəncədəki fəal konsulluqlarımız və Lənkərandakı Fəxri Konsulluğumuz tərəfindən dəstəklənir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri