May
2021
18:14
558
16
2819
Virtual karabakh

Korotçenko: “Ermənilər Ağdamı məqsədyönlü şəkildə yerlə-yeksan ediblər”

3 May, 2021
18:14
2819

Korotçenko: “Ermənilər Ağdamı məqsədyönlü şəkildə yerlə-yeksan ediblər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağdam rayonunda olduq. Şəhər yerlə-yeksan edilib. Bu, məqsədyönlü şəkildə edilib. Ətrafda minalanmış sahələr var. Əlbəttə ki, beynəlxalq hüquq baxımından bu, erməni komandanlığının ən vəhşi müharibə cinayətidir”.

Bunu “Report”a hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycanın Ağdam rayonuna səfərini şərh edərkən deyib.

“Salamat qalan yeganə bina məsciddir. O da ermənilər üçün hərbi obyekt olduğuna görə salamat qalıb. Bu, yenə də müharibə qaydalarını müəyyən edən bütün mövcud normalara ziddir”, – Korotçenko deyib.

Ekspert qeyd edib ki, Ermənistan özündən sonra məhv edilmiş şəhərlərdən başqa, minalanmış sahələr də qoyub: “Əvvəllər erməni işğalı altında olmuş ərazilərdə minalı sahələrin xəritələrinin verilməsinə dair tələblər tamamilə ədalətlidir və humanitar məsələlərdən irəli gəlir. İşğal altında olmuş torpaqlarda hazırda yeni nəqliyyat infrastrukturu yaradılır, yeni hava limanları inşa edilir. İşlərin əsas hissəsi başlayıb və inkişaf mərhələsindədir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri