May
2021
18:08
44
698
3618
Virtual karabakh

İranın Azərbaycandakı səfirliyi Qarabağa qanunsuz “yardım” daşınması videosunu araşdırır - VİDEO

İranın Azərbaycandakı səfirliyi Ermənistandan keçməklə Qarabağa “yardım” aparılmasını əks etdirən videolarla bağlı Tehranla əlaqə saxlayıb.

Səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi APA-ya bildirib ki, sosial şəbəkədə video yayılandan sonra səfirlik araşdırma və dəqiqləşdirmələr üçün addımlar atmağa başlayıb:

“Yayılan videolar və məlumatları araşdırmaq məqsədilə Tehranla danışmışıq. Müraciət etmişik ki, bu video və məlumatlar yayılandan sonra Azərbaycanda narahatlıq yaranıb, məsələ müvafiq qaydada araşdırılıb, rəsmi cavab verilsin. Yəqin yaxın günlərdə Tehrandan bizə cavab veriləcək, biz də məsələni Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıracağıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə İrandan Ermənistandan keçməklə Qarabağa “yardımlar” aparan yük avtomobillərinin videogörüntüləri yayılıb.

Görüntülər İranın “Azad İran” “Telegram” kanalında paylaşılıb. Bildirilir ki, “yüklər” Ermənistandan keçməklə, Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparılır.

Qeyd edilib ki, İrandan Azərbaycan ərazilərinə qanunsuz olaraq qaz, benzin, tikinti materialları, qida, geyim məhsulları daşınır. Bundan başqa, həmin avtomobillərlə külli miqdarda narkotik daşındığı da iddia olunur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri