May
2021
18:38
271
37
7958
Virtual karabakh

Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvləri güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər

4 May, 2021
18:38
7958

Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvləri güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də, 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda və 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Fərmana əsasən, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilib.

Belə ki, dəyişikliyə görə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri