May
2021
23:30
461
50
7795
Virtual karabakh

Gürcüstanın Baş naziri sabah Azərbaycana səfər edəcək

4 May, 2021
23:30
7795

Gürcüstanın Baş naziri sabah Azərbaycana səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Gürcüstan Baş naziri İrakli Qaribaşvili Azərbaycana ilk rəsmi səfərini edəcək.

APA xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. İ.Qaribaşvilinin azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü də planlaşdırılıb.

Gürcüstanın hökumət başçısını səfərdə Baş nazirin müavini və Xarici İşlər naziri David Zalkaliani müşayiət edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri