May
2021
17:24
216
29
3013
Virtual karabakh

Deputat Latviya parlamentinin qərarını məntiqsiz hesab edir

6 May, 2021
17:24
3013

Deputat Latviya parlamentinin qərarını məntiqsiz hesab edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Latviya parlamentinin qondarma erməni soyqırımını qəbul etməsinin arxasında Ermənistanın çirkin propaqanda maşını dayanır”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Bayramov deyib.

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “erməni soyqırımı”nı tanıyan Latviyanı qınayıb.

Türkiyə XİN bəyan edib ki, Latviya parlamentinin qərarı tarixin siyasi motivlərlə yenidən yazılması üçün əbəs bir cəhddir.

K.Bayramov vurğulayıb ki, ermənilər illərlə azərbaycanlılara qarşı soyqırımı cinayətləri törədiblər.

“1918-ci ildə soyqırımı həyata keçirənlər, tarixi sübutlarla təsdiq olunmuş Xocalı soyqırımını törədənlər bu gün ermənilərin qondarma soyqırımından danışır. Onlara bağlı dairələr də müxtəlif ölkələrin parlamentlərində yalana əsaslanan təbliğatlar aparırlar”, - deyə K.Bayramov əlavə edib.

Deputat bildirib ki, hər hansı ölkə parlamentinin təsdiq olunmamış, tədqiqatı aparılmamış hadisələrə qiymət verməsi və ittiham səsləndirməsi məntiqsizdir:

“Türkiyə dövləti dəfələrlə 1915-ci il hadisələrinin araşdırılması üçün Ermənistana müraciət edib, tarixçilərin bir araya gəlməsini təklif edib. İş ondadır ki, sübut yoxdur deyə, ermənilər tədqiqat masasına əyləşməkdən imtina edir”.

Latviya parlamentinin qərarında BMT-nin soyqırımı ilə bağlı konvensiyasına istinad edilir. Həmin konvensiyanın müddəalarına əsasən, hər hansı bir hadisənin soyqırımı kimi tanınması üçün müvafiq səlahiyyətli orqanın - məhkəmənin qərarları zəruridir.

K.Bayramov qeyd edib ki, 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı, imperativ qərar yoxdur.

“Bu zaman biz hansı tanınmadan danışa bilərik?! Buna görə də Latviya parlamentinin qərarı heç bir imperativ qüvvəyə malik deyil, sadəcə mövqedir”, - deyə K.Bayramov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri