May
2021
18:08
64
30
1654
Virtual karabakh

“Gənclərin Beynəlxalq Əməkdaşlıq Forumu - 2021” baş tutdu

8 May, 2021
18:08
1654

“Gənclərin Beynəlxalq Əməkdaşlıq Forumu - 2021” baş tutdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 may 2021-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin (İB) birgə əməkdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənclərin Beynəlxalq Əməkdaşlıq Forumu 2021” uğurla başa çatıb.

Forum Azərbaycan, Çexiya, Polşa, Ukrayna və Gürcüstanın aparıcı gənclər təşkilatlarının iştirakı ilə baş tutub. Onlayn formatda baş tutan forumun əsas məqsədi yerli və xarici gənclər təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclər arasında mədəniyyətlərarası dialoqa təkan vermək və gələcək birgə fəaliyyət istiqamətlərini müəyyən etmək olub. 

Forum Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin sədri Orduxan Qəhrəmanzadənin açılış nitqləri ilə başlayıb. Çıxışçılar ulu öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan gənclər siyasəti haqqında, gənclər təşkilatları arasında beynəlxalq əməkdaşlığın vacibliyi və əhəmiyyəti haqqında məzmunlu təqdimatlar ediblər. Daha sonra forumun moderatoru, “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İB-nin milli təmsilçisi Ceyran Cəfərova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qonaqlara məlumat verib, ulu öndərin ölkədə gənclər sektorunun və vətəndaş cəmiyyətinin inkişafında müstəsna rolundan bəhs edib. Beynəlxalq nümayəndələrin çıxışlarından sonra “Ortaq dəyərlər: gələcək əməkdaşlıq perspektivləri” mövzusunda seminar keçirilib. 

Tədbir təşkilatların seminar zamanı irəli sürdüyü ideya və təkliflər, həmçinin gələcək mümkün əməkdaşlıqlar barədə müzakirələrlə davam etdirilib. Orduxan Qəhrəmanzadənin “Azərbaycanın gənclər sektoru: xarici gənclər təşkilatları üçün fürsətlər” mövzusunda təqdimatından sonra isə Beynəlxalq Forum yekunlaşıb. 

Forumun nəticəsi olaraq yerli və xarici gənclər təşkilatları arasında məzmunlu fikir mübadiləsi aparılıb, əməkdaşlıq üçün zəmin formalaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri