May
2021
18:22
322
103
5652
Virtual karabakh

Prezident təhsil müəssisələrinin tikintisi, təmiri və bərpası üçün 20 milyon manat ayırdı - SƏRƏNCAM

8 May, 2021
18:22
5652

Prezident təhsil müəssisələrinin tikintisi, təmiri və bərpası üçün 20 milyon manat ayırdı - SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamla Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.14.1-ci yarımbəndində göstərilmiş 20 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamla təsdiq edilmiş bölgüdə göstərilən layihələr üzrə yerinə yetirilmiş işlər haqqında hesabatı İqtisadiyyat Nazirliyinin tərtib etdiyi formaya uyğun olaraq rübdə bir dəfə, növbəti rübün ilk ayının 10-dan gec olmayaraq, İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

 

Bakı şəhərində və onun qəsəbələrində tikintisi, əsaslı təmiri və bərpası nəzərdə tutulan məktəblərin siyahısı

Sıra №-si

Tədbirin adı

Ayrılan vəsait

(min manatla)

İcrası başa çatan layihələr

 1

Sabunçu rayonunun Zabrat qəsəbəsində 71 nömrəli orta məktəb üçün əlavə 30 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmiri

6.240,0

2021

 2

Sabunçu rayonunun Zabrat qəsəbəsində 307 nömrəli orta məktəb üçün əlavə 15 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmiri

5.280,0

2021

 3

Suraxanı rayonunun Əmircan qəsəbəsində 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, 1752 şagird yerlik yeni korpusların tikintisi

3.210,0

 

 4

Xətai rayonunda 263 nömrəli orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülməsi, yeni korpusların (idman və akt zalı ilə) tikintisi

3.690,0

 

 5

Nəsimi rayonunda 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, yeni korpusun tikintisi

1.580,0

 

 

Cəmi

20.000,0

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri