11 
May
2021
13:40
49
400
2097
Virtual karabakh

Lavrov: “İki ölkə arasında sualların çoxluğu əlaqələrmizin zəngin olması ilə əlaqədardır”

11 May, 2021
13:40
2097

Lavrov: “İki ölkə arasında sualların çoxluğu əlaqələrmizin zəngin olması ilə əlaqədardır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdakı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyəti Qarabağda ortaya çıxan məsələlərin həlli üçün atılacaq konkret addımları müəyyənləşdirmək istəyir.

TASS agentliyi xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə söyləyib.

“Bizim məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bütün razılaşmaların tam və vicdanla yerinə yetirilməsinə yönəlib. Dünən (Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə) cari vəzifələri çox ətraflı müzakirə etdik. Ümid edirəm ki, bu gün ortaya çıxan məsələləri həll etmək üçün konkret addımlarımızı müəyyənləşdirə biləcəyik. Təbii ki, vəziyyət asan deyil, uzun illərdir həll olunmamış qalırdı”, - deyə rusiyalı diplomat vurğulayıb.

Rusiya və Azərbaycan arasındakı münasibətlərdən danışan Rusiya Xarici İşlər Naziri, ölkələr arasında bir çox sualın olduğunu, lakin problemin olmadığını qeyd edib.

S.Lavrov vurğulayıb ki, ölkələr arasında sualların sayının çox olması iki ölkə arasında əlaqələrin zəngin olması ilə əlaqədardır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri