11 
May
2021
13:16
249
30
1624
Virtual karabakh

Ceyhun Bayramov: “Azərbaycan üçtərəfli bəyanatın öhdəliklərini tam şəkildə yerinə yetirir”

11 May, 2021
13:16
1624

Ceyhun Bayramov: “Azərbaycan üçtərəfli bəyanatın öhdəliklərini tam şəkildə yerinə yetirir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hesab edir ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları Cənubi Qafqazda münasibətlərin normalaşmasına təkan verəcək.

Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərini tam şəkildə yerinə yetirir. 

“Çox təəssüflər olsun ki, biz əksər hallarda Ermənistan tərəfindən konstruktiv yanaşmalar görmürük. Bu cür addımlar üçtərəfli bəyanatın şərtlərini yerinə yetirilməsinə mane olur”,-deyə C.Bayramov əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri