11 
May
2021
13:47
45
497
10991
Virtual karabakh

Lavrov Ermənistanın mina xəritələrinin Azərbaycana verilməməsi məsələsindən danışdı

11 May, 2021
13:47
10991

Lavrov Ermənistanın mina xəritələrinin Azərbaycana verilməməsi məsələsindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xarici İşlər naziri Sergay Lavrov Ermənistanın mina xəritələrinin Azərbaycana verilməməsi məsələsinə toxunub. 

Oxu.Az-ın xəbərinə görə, S.Lavrov mətbuat konfransında deyib ki, Rusiya bütün növ humanitar məsələlərin dərhal həll olunmasının tərəfdarıdır. 

“Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S. Lavrov deyib.

S.Lavrov onu da əlavə edib ki, Rusiya nasizmin qəhrəmanlaşdırılmasına qarşıdır. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri