12 
May
2021
15:17
870
30
1860
Virtual karabakh

İlham Əliyev: “Şuşanın azad olunması Ermənistan dövlətinin çökməsi demək idi”

“Azərbaycanın qəhrəman hərbçiləri bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğaldan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar”.

Oxu.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada keçirilən “Xarı bülbül” festivalının açılışında deyib.

O bildirib ki, Azərbaycan Şuşa uğrundakı döyüşlərdə şəhidlər versə də, bizi irəliyə aparan milli ruh qələbəni təmin etdi.

İlham Əliyev qeyd edib ki, Şuşanın azad olunması faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi.

“Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik”, - deyə Prezident əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri