12 
May
2021
20:56
785
34
2657
Virtual karabakh

İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub - VİDEO

12 May, 2021
20:56
2657

İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 12-də Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı məktəbin təməlini qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz burada qoyulub. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub. İşğala qədər 1 saylı məktəb kimi fəaliyyət göstərən bu təhsil ocağını da erməni vandalları tamamilə dağıdıblar.

Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri