17 
May
2021
17:45
45
170
2285
Virtual karabakh

Ekspert: “Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir”

17 May, 2021
17:45
2285

Ekspert: “Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyət iki ölkə arasında yenidən gərginliyin artmasına və beynəlxalq vasitəçilərin diqqətinin yenidən bölgəyə yönəlməsinə səbəb olub. Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır görməzdən gələn sözügedən vasitəçilər və dünya mediası bu dəfə keçmiş işğalçı ölkəyə dəstək göstərməyə tələsir və heç bir halda regionda sülhə xidmət etməyən, yanlış mesajlar verirlər.

Oxu.Az-ın məlumatına əsasən, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Ermənistan hələ də Azərbaycanın bir sıra yaşayış məskənlərini - Naxçıvanda Kərki kəndini və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli olmaqla ümumilikdə 7 kəndini işğal altında saxlayır.

“Ermənistan anlamalıdır ki, iki ölkə arasındakı sərhədi 30 ilə yaxın işğal altında saxlamışdı və İrəvandakı hökumət bu müddət ərzində sərhədə malik olmaq hissini itirib.

Delimitasiya iki ölkənin ərazi bütövlüyünə hörmət əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, Ermənistanın siyasi partiyaları tərəfindən səsləndirilən fikirlərdə barışığa dair heç bir əlamət müşahidə olunmur.

Beynəlxalq vasitəçilər, xüsusilə Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir və sülhü təşviq etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirir. Bütün vasitəçilər, o cümlədən ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər”, - deyə F.Şəfiyev əlavə edib.

Ekspertin fikrincə, regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır:

“Bu, həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir. Bu baxımdan məsələyə ikili standartlarla yanaşma yalnız “parçala, hökmranlıq et” imperialist tezisi əsasında regionu idarə etmək istəyən qüvvələrə xidmət edir.

Azərbaycan ötənilki müharibədə qəti qələbə qazanmaqla öz mövqeyini möhkəmləndirib və bu baxımdan Azərbaycan xalqının təhlükəsizliyini təhdid altına ala biləcək istənilən cəhd uğursuz olacaq”.

Qeyd edək ki, Azərbaycan Ordusu Ermənistanla sərhədin Laçın rayonu istiqamətində delimitasiya və demarkasiya işləri çərçivəsində mövqelərini irəli çəkib. Bu isə Ermənistanın narahatlığına səbəb olub. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri