17 
May
2021
23:01
201
41
5315
Virtual karabakh

Gürcüstanın DİN rəhbəri Dmanisidəki qarşıdurmadan danışdı

17 May, 2021
23:01
5315

Gürcüstanın DİN rəhbəri Dmanisidəki qarşıdurmadan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dmanisi rayonunda baş vermiş qarşıdurma ilə bağlı hələ heç kim həbs olunmayıb”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qarşıdurmada iştirak edən bir neçə şəxs hazırda polis bölməsində saxlanılır və onlar dindiriləndən sonra sərbəst buraxılacaqlar: “İnsidentlə bağlı istintaq davam etdirilir”.

DİN başçısı qeyd edib ki, tərəflər arasında mübahisə başa çatıb və barışıq əldə olunub.

V.Qomelauri əlavə polis qüvvələrinin bu gecə ərzində Dmanisidə qalacaqlarını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri