18 
May
2021
20:30
325
18
1384
Virtual karabakh

Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə telefonla danışıb

18 May, 2021
20:30
1384

Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi ilə telefonla danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.

Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli mümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.

Tərəflər, həmçinin təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri