İyn
2021
12:57
593
24
5026
Virtual karabakh

Hikmət Hacıyev şəhid jurnalisti son mənzilə yola saldı

5 İyn, 2021
12:57
5026

Hikmət Hacıyev şəhid jurnalisti son mənzilə yola saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovla vida mərasimində iştirak edib. 

Oxu.Az xəbər verir ki, H.Hacıyev şəhid jurnalistin tabutunu çiynində daşıyıb. 

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri