İyn
2021
11:27
137
23
883
Virtual karabakh

Sahibə Qafarova Kəlbəcərdə şəhid olan jurnalistlərdən danışdı

8 İyn, 2021
11:27
883

Sahibə Qafarova Kəlbəcərdə şəhid olan jurnalistlərdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərdəki son hadisəyə münasibət bildirib. 

Oxu.Az-ın məlumatına görə, S.Qafarova parlamentin iclasında deyib ki, mülki vətəndaşların, o cümlədən iki jurnalistin minaya düşərək şəhid olması Ermənistan terrorunun mahiyyətini ortaya qoyur. 

“Biz şəhid olanların ailələrinə başsağlığı veririk”, - deyə S.Qafarova əlavə edib. 

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri