11 
İyn
2021
11:39
59
163
3107
Virtual karabakh

Spiker Azərbaycan xalqını təbrik etdi

11 İyn, 2021
11:39
3107

Spiker Azərbaycan xalqını təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında spiker Sahibə Qafarova Milli Qurtuluş Gününün ildönümü münasibətilə danışıb.

Oxu.Az-ın məlumatına əsasən, S.Qafarova deyib ki, 1993-cü ilin iyunun 15-də ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı bəlalardan xilas edib.

O bildirib ki, müasir Azərbaycan Heydər Əliyev dühasının məhsuludur. 

S.Qafarova onu da qeyd edib ki, Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində 30 illik işğaldan sonra ərazi bütövlüyümüz təmin edilib. 

Spiker Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri