12 
İyn
2021
17:36
10
149
2163
Virtual karabakh

Caliber: Erməni antiutopiyasının gizli mənaları - VİDEO

12 İyn, 2021
17:36
2163

Caliber: Erməni antiutopiyasının gizli mənaları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda seçkiqabağı yarış bütün yeni yumoristik şedevrləri ilə bizi əyləndirməkdən usanmır. Yerli müxalifət seqmenti erməni cəmiyyətinin məşhur qorxularına xidmət edən və belə görünür ki, seçicini hazırkı hakimiyyətdən qorxutmaq üçün hazırlanmış videolar yayıb. Ssenari hər yerdə təxminən eynidir: seçki kabinəsindəki vətəndaş hakim partiyaya səs verməyə hazırlaşır və bu anda düşüncələri Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə nə olacağını təsəvvür etməyə başlayaraq 2022-ci ilə keçir.

Belə ki, kadrların birində xarici avtomobildə olan erməni gəncini Azərbaycanın yol polis əməkdaşı dayandırır. Hüquq mühafizəçi onu “qyaur” çağırır və nəticədə 10 manat rüşvət tələb edir. Bu, əlbətdə ki, xüsusilə Azərbaycan tamaşaçıları üçün əyləncəlidir. 10 manat – həqiqətən, siz ciddisiz?

Və ya başqa bir video: yaxşı təmir edilmiş, gözəl təchiz edilmiş mənzildə ən yaxşı Hollivud ənənəsində mənzərə göstərilir. Erməni ana qızının tarix dərsinə hazırlaşdığını dinləyə-dinləyə şam yeməyi hazırlayır. O, qızının Şuşanın Azərbaycanın şəhəri olduğunu dərslikdə ucadan oxumağa başladığını eşidəndə sadəcə qulaqlarına inana bilmir. Əlbəttə nəticə eyni olur - Paşinyana dəstək bülleteni zibil qutusuna atılır.

Ancaq yuxarıda təsvir olunan videoları digər rakursdan da baxmaq olar. Siyasi strateqlərinin hazırladığı - ermənilərin azərbaycanlıların hakimiyyəti altında yaşayacaqları ilə bağlı alternativ reallığın parlaq mənzərəsində hər şey o qədər də pis görünmür! Vətəndaşları xarici maşınlarda gəzəcək, gözəl mebelli, yeni mənzillərdə yaşayacaq... Qarınlı, bığlı yol polisi tərəfindən dayandırılsa isə, ona endirim ediləcək. Olduqca cazibədar gələcəkdir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri