13 
İyn
2021
13:32
376
130
2200
Virtual karabakh

Gürcüstan: Azərbaycanla Ermənistan arasında yenidən vasitəçiliyə hazırıq

13 İyn, 2021
13:32
2200

Gürcüstan: Azərbaycanla Ermənistan arasında yenidən vasitəçiliyə hazırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu öz üzərinə götürdü”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

O, iki qonşu ölkə arasında əldə olunan razılaşmanın bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Hər iki ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Biz bu prosesdə çox fəal rol oynadıq. Mən şəxsən 24 saat ərzində prosesə cəlb olunmuşdum, hər iki ölkənin liderləri ilə telefonla danışırdım. Bundan öncə isə görüşlər keçirilmişdi. Biz strateji tərəfdaşımız ABŞ-la sıx əməkdaşlıq etdik. Bu iş konkret nəticə ilə yekunlaşdı.

Gürcüstanın bu prosesdə yenidən vasitəçi rolunu oynamağa hazırlığını bir daha bəyan edirik. Azərbaycan və Ermənistanın rəhbərliyinə tam hazırlığımızı ifadə etmişəm. Çox ümid edirəm ki, bu proses davam edəcək, bölgədə sülh və sabitliyin bərqrərar olması ilə nəticələnəcək. Bizim ümumi məqsədimiz bölgədə əmin-amanlığa nail olmaq idi və bu da çox əhəmiyyətli və uzunmüddətli layihələr üçün zəmin olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri