13 
İyn
2021
14:30
14
398
2120
Virtual karabakh

İrəvan üçün prioritet Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir

13 İyn, 2021
14:30
2120

İrəvan üçün prioritet Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi İrəvan Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini özü üçün prioritet sayır:

“Sputnik” xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bəyan edib.

O bildirib ki, ölkə hökuməti sərhəd problemi ilə bağlı rusiyalı tərəfdaşları ilə hər gün əlaqə saxlayır.

Paşinyanın sözlərinə görə, Moskva və İrəvan ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən irəli sürülmüş təklifləri həyata keçirmək üçün çalışır. Sözügedən təkliflərə əsasən, hər iki tərəfdən silahlı qüvvələrin sərhəd bölgəsində geri çəkilməsindən sonra həmin ərazidə Rusiya və Minsk qrupunun digər həmsədr dövlətlərinin nümayəndələrindən ibarət beynəlxalq müşahidəçilər qrupu yerləşdirilicək. Daha sonra isə onların nəzarəti altında sərhədlərin delimitasiya və demarkasiyası prosesi başlanacaq. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri