13 
İyn
2021
21:33
477
23
1909
Virtual karabakh

Somali səfiri: “Qarabağın işğaldan azad edilməsi tarixi andır”

“Bu gün Ağdama səfərimiz əla bir fürsət idi, çünki burada kədərli tarixdən yeni tarixə, yeni başlanğıca keçidin şahidi olduq. Azərbaycan hökumətini ərazilərinin işğaldan azad edilməsi münasibətilə təbrik edirəm”.

Bunu “Report”a Somalinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Cama Abdullahi Mohammed deyib.

Diplomat Ağdama səfərin onda ikili təəssürat yaratdığını deyib:

“Bir tərəfdən məhv edilmiş və əhalisi qaçmağa məcbur qalmış şəhəri görürük. Buna görə bu şəhərin kədərli bir tarixə sahib olması təəssüratı yaranır. Ancaq sevindirici təəssürat odur ki, əhali bura qayıdır və onlar burada şəhərlərini yenidən quracaqlar”.

Səfir, həmçinin Ağdamdan və Qarabağdakı digər şəhərlərdən qaçmaq məcburiyyətində qalan insanların geri qayıtdıqlarına görə sevindiyini deyib.

“İnsanlar evlərinə qayıdır, evlərini bərpa edir və buna görə Azərbaycan xalqını və hökumətini təbrik edirik”, - diplomat deyib.

O, həmçinin Qarabağın işğaldan azad edilməsinin tarixi bir an olduğunu bildirib: “Mən də bu tarixi məqamda Azərbaycanda səfir olduğum üçün çox qürur duyuram”.

Xatırladaq ki, səfir bu gün digər xarici diplomatik korpusun nümayəndələri ilə birgə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib. Səfər çərçivəsində diplomatlar ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar. Sonra qonaqlar Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlinin qoyulduğu əraziyə gəliblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri