14 
İyn
2021
12:36
233
12
924
Virtual karabakh

Ukraynanın NATO PA-dakı nümayəndəsi: “Mühüm məsələlərdə Bakı ilə Kiyev bir-birini dəstəkləyir”

“Ərazi bütövlüyü baxımdan eyni problemlə üzləşdiyimizi əsas tutaraq Azərbaycan nümayəndə heyəti Ukraynanın ərazi bütövlüyünü daim dəstəkləyir. Bunun müqabilində biz də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyirik”.

Bunu “Report”a müsahibəsində Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Yehor Çernev bildirib:

“Odur ki, fikrimcə, aramızda daha yaxından və müntəzəm qarşılıqlı əməkdaşlığa nail olmaq üçün çalışmalıyıq”, - o qeyd edib.

NATO PA platformasında azad olunmuş ərazilərin minalardan təmizlənməsi, mina partlaması nəticəsində mülki şəxslərin həlak olması məsələlərinin də qaldırılıb-qaldırılmamasına toxunan ukraynalı diplomat minalardan təmizləmə məsələsinin NATO PA-nın da, təşkilatın qərargahının da gündəmində olduğunu diqqətə çatdırıb.

Ukrayna ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrini dilə gətirən diplomat iki ölkə arasında ənənəvi mehriban münasibətlərin olduğunu bildirib:

“Həmçinin aramızda böyük tarixə malik ticarət əlaqələri var. Keçən il iki ölkə arasında ticarət dövriyyəsi 720 milyon dollar təşkil edib”.

Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni də yüksək qiymətləndirib:

“Məncə, bu nəticə çox səciyyəvidir. Müasir hərbi texnikadan istifadə etməklə həqiqətən də mükəmməl əməliyyat keçirildi. Bu gün çox səmərəli vasitə olan dronların tətbiqini xüsusi qeyd etməliyəm”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri