14 
İyn
2021
22:16
766
22
2890
Virtual karabakh

Ərdoğan: “Qarabağda 30 illik bir geçikmə ilə də olsa, ədalət öz yerini tapdı”

14 İyn, 2021
22:16
2890

Ərdoğan: “Qarabağda 30 illik bir geçikmə ilə də olsa, ədalət öz yerini tapdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşdən sonra mətbuata açıqlamalar verib.

“TRT Haber”in məlumatına görə, dövlət başçısı pandemiyanın dünya düzəninə təsirindən, eləcə də ölkəsinin terrora qarşı mübarizəsindən danışıb. Ərdoğan terror təşkilatlarının müttəfiq ölkələrin silahları ilə silahlandırılmasına görə təəssüf etdiyini nəzərə çatdırıb.

Türkiyə prezidenti Qarabağ məsələsindən də yan keçməyib və gec də olsa ədalətin öz yerini tapdığını qeyd edib.

“Qarabağda 30 illik bir keçikmə ilə də olsa, ədalət öz yerini tapdı və bölgədə umidlər yenidən baş qaldırdı. Savaşın yerini barışın, gərginliyin yerini əmin-amanlığın, qeyri-sabitliyin yerini qalıcı bir sülhün ala biləcəyi dövrün qapıları aralandı”, - deyə Ərdoğan bəyan edib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı Baydenlə görüşü zamanı qondarma erməni soyqırımı barədə müzakirələrin aparılmadığını qeyd edərək “Vallah, heç gündəmə gəlmədi”, -deyə bildirib.

Sonda mətbuat nümayənlərinə təşəkkür edən Ərdoğan “Buradan Azərbaycana bir səfər var”, - deyə çıxışını bitirib.  

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri