15 
İyn
2021
11:10
211
124
10983
Virtual karabakh

Elmir Vəlizadə vəzifəsindən azad edildi

15 İyn, 2021
11:10
10983

Elmir Vəlizadə vəzifəsindən azad edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, onun yerinə müvafiq sərəncamla Rüstəmov Rövşən Mürvət oğlu təyin edilib.

Xatırladaq ki, E.Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olub, 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

O, 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri