15 
İyn
2021
14:21
131
63
6392
Virtual karabakh

NATO-nun Qarabağ “səssizliyinin” altından çıxan böyük siyasi mesajlar – TƏHLİL

15 İyn, 2021
14:21
6392

NATO-nun Qarabağ “səssizliyinin” altından çıxan böyük siyasi mesajlar – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NATO Azərbaycanla Ermənistan arasında müharibənin bitdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını səssiz şəkildə ifadə edib.

İyunun 14-də Brüsseldə keçirilən NATO sammitindən sonra qurumun bəyanatında əks olunan mövqe belə deməyə əsas verir.

Bəyanatda həmin səssizliyin şifrələrini “qırmağa” çalışsaq görürük ki, bunun altında böyük siyasi məna yükü var.

Sənəddə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə əvvəlki illərdə tez-tez təkrar olunan standart ifadələrin aradan qaldırılması dünyanın əsas hərbi-siyasi təşkilatının reallığı qəbul etməsinin göstəricisidir.

Halbuki ötən illərdə NATO-nun zirvə görüşlərinin yekun sənədlərində Cənubi Qafqaza aid bənddə digər region ölkələri ilə yanaşı, Azərbaycanın da müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunurdu.

İndi isə NATO-nun bəyanatında Azərbaycanın Vətən müharibəsində qələbə qazanması və münaqişənin arxivə qovuşduğu səssizcə, heç bir cümlə keçmədən qeyd olunur.

Bəyanatda Gürcüstanın, Moldovanın və Ukraynanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilib.

NATO-nun baxışı Bakının beynəlxalq sferada əlinin güclənməsi və arqumentlərinin istinad nöqtələrinin möhkəmlənməsi deməkdir.

NATO-nun bəyanatında Qarabağ məsələsinə münasibətdə heç bir cümlənin keçməməsi postmüharibə dövrü üçün də mühüm mesajları ortaya qoyur.

Birincisi, bu, o deməkdir ki, Azərbaycanla Ermənistan arasında heç bir mübahisəli məsələ qalmayıb, hərçənd ki, rəsmi İrəvan hələ də arxaik siyasi leksikonla dünyaya car çəkir.

İkincisi, Qarabağda hər hansı status məsələsi danışıqların predmeti ola bilməz.

Halbuki əvvəli illərdə NATO bəyanatlarında Cənubi Qafqazdakı münaqişələr beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun şəkildə, mövcud danışıq formatları çərçivəsində sülh yolu ilə həllinə dəstək ifadə olunurdu.

Başa düşmək çətin deyil ki, NATO Qarabağ müharibəsinin bitməsindən sonra regionda yaranan yeni geosiyasi reallıqda sülh və əməkdaşlığın inkişafına töhfə verməyi qarşıya məqsəd qoyub.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri