15 
İyn
2021
17:32
686
12
1915
Virtual karabakh

Ərdoğan: “Əvvəllər söz verdiklərimizi bu gün yerinə yetirdik” - VİDEO

15 İyn, 2021
17:32
1915

Ərdoğan: “Əvvəllər söz verdiklərimizi bu gün yerinə yetirdik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün fərqli bir həyəcanın və hisslərin içərisindəyik. Allaha həmd olsun ki, daha əvvəllər söz verdiklərimizi bu gün yerinə yetirdik. Şükürlər olsun ki, 44 günlük müharibədən sonra Qarabağ öz sahiblərinə qayıtdı, erməni işğalından azad olundu”. 

Oxu.Az-ın məlumatına görə, bunu Şuşada səfərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

O bildirib ki, arxa fonda görülən bina erməni vandalizminin təzahürüdür. 

“Qardaşım Prezident İlham Əliyev mətbuat konfransında mənalı bir məkanı seçdi. Bir tərəfdə valilik binası, digər tərəfdə isə ermənilərin yerlə yeksan etmək istədikləri bir bina”, - deyə R.T.Ərdoğan əlavə edib. 

R.T.Ərdoğan Milli Qurtuluş Günü münasibətilə mərhum prezident Heydər Əliyevin ruhuna fatihə verib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri