19 
İyn
2021
11:15
174
19
3467
Virtual karabakh

Azərbaycanlılar Paşinyanın seçilmə ehtimalını dəyərləndirdi - SORĞU

19 İyn, 2021
11:15
3467

Azərbaycanlılar Paşinyanın seçilmə ehtimalını dəyərləndirdi - SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 600 respondent arasında keçirilən sorğuda Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə münasibət açıqlanıb.

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Sorğuda iştirak edənlərin daha çox hissəsi (48,8%) 20 iyunda keçiriləcək növbədənkənar seçkilərdə Nikol Paşinyanın blokunun məğlub olacağını hesab edir.

Təxminən 21% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib. Müqayisə üçün bildirək ki, MPG şirkətinin Ermənistan əhalisi arasında apardığı sorğuda da Nikol Paşinyanın blokunun məğlub olacağını düşünənlər nisbətən daha çoxdur.

Nikol Paşinyanın blokunun məğlub olacağını düşünən respondentlərin (48,8%) daha çox hissəsi (20,6%) Ayastan İttifaqının lideri Robert Köçəryanın qalib gələcəyini deyib.

Respondentlərin üçdə biri Ermənistanın Azərbaycan (32,7%) və Türkiyə (32,5%) ilə münasibətlərinin mənfiyə doğru inkişaf edəcəyini hesab edir.

Respondentlərin yarısından çoxu 20 iyunda keçiriləcək növbədənkənar seçkilərdən sonra Ermənistanda ictimai-siyasi vəziyyət (51,5%) ilə yanaşı, əhalinin sosial vəziyyətinin də (57,6%) pisləşəcəyini düşünür.

Maraqlıdır ki, təxminən hər on nəfərdən biri vəziyyətin yaxşılaşacağını proqnozlaşdırır. Ermənistanın həm Rusiya (26,1%), həm də Qərb dövlətləri (26,2%) ilə münasibətlərinin pisləşəcəyini düşünənlərin çəkisi demək olar ki, eynidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri